Satılır 9 otaqlı həyət evi/bağ evi 800 m², Bayıl q.
BAYILDA MÖHTƏŞƏM PANORAMALI EKSKLÜZİV VİLLA SATILIR!!
.
Bakının ən prestijli və elit yaşayış zonalarından biri olan Bayılda, teleqülləyə yaxın ərazidə yerləşən bu möhtəşəm 3 mərtəbəli villa təcili olaraq satışa çıxarılıb.
Əmlak Bayraq Meydanına cəmi 5–10 dəqiqəlik məsafədə yerləşir.
Flame Towers və şəhər mərkəzinə çox yaxın olması villanı həm yaşayış, həm də investisiya baxımından xüsusi dəyərli edir.
Villadan şəhərə, bulvara və dənizə açılan möhtəşəm panoramik görüntü mövcuddur.
.
Villa 9 sot şəxsi torpaq sahəsində inşa olunub.
Sənədlər tam qaydasındadır.
Ümumi sahəsi 800 kv/m olan bu premium yaşayış evi geniş və funksional planlaşdırmaya malikdir.
Tikinti işlərinin təxminən 80 faizi tamamlanıb.
Bu isə yeni sahibinə interyeri öz zövqünə uyğun şəkildə tamamlamaq imkanı yaradır.
.
Panoramik şəhər və dəniz mənzərəsi
Premium fasad və keyfiyyətli tikinti
Geniş balkon və terraslar
Böyük vitraj pəncərələr
Tam sakit və elit yaşayış mühiti
Həyətyanı sahə xüsusi zövqlə planlaşdırılıb:
Palma və dekorativ ağaclarla yaşıllaşdırılmış həyət
Baseyn üçün ayrılmış geniş sahə
Manqal və istirahət zonası üçün ideal yer
Bir neçə avtomobil üçün parking imkanı
.
Bu əmlak həm şəxsi yaşayış üçün yüksək komfortlu seçim, həm də gələcəkdə dəyəri daha da artacaq güclü investisiyadır.
Villa ofis, nümayəndəlik və ya premium biznes fəaliyyəti üçün də ideal variant hesab olunur.
.
Real alıcı ilə qiymətdə razılaşma mümkündür.
.
Əlavə məlumat üçün əlaqə saxlaya bilərsiniz.
Ofis haqqı 1% təşkil edir.