Binəqədi rayonu, 8-ci mikrorayonun ən prestijli və əlverişli ərazilərindən birində — Şövkət Məmmədova küçəsində, Tennis Akademiyası və Azadlıq metrosunun yaxınlığında yerləşən, 248 nömrəli məktəbin arxasında yerləşən Leninqrad layihəli 9 mərtəbəli binanın 2-ci mərtəbəsində çox ideal və geniş mənzil satışa təqdim olunur.
Sahəsi 100 kvadrat olan mənzil 4 otaqdan zövqlə 3 otağa düzəldilib. Mənzil orta blokda və ən çox seçim olunan orta mərtəbədə yerləşdiyi üçün həm istilik, həm də komfort baxımından olduqca əlverişlidir. Mənzilin qazı, suyu və işığı daimidir. İstilik sistemi kombidir.
Mənzilin mətbəxi və sanuzeli yeni təmir olunub, isti döşəmə sistemi ilə təchiz edilib. Mənzil bəzi əşyalarla birlikdə satılır. Geniş və işıqlı otaqları, rahat layihəsi və sakit həyəti ailəli şəxslər üçün ideal seçimdir.
Binanın ətrafında yaşayış üçün lazım olan bütün infrastruktur mövcuddur. Yaxınlıqda Azadlıq metrosu, Tennis Akademiyası, məktəblər, uşaq bağçaları, supermarketlər, iri marketlər, restoranlar, kafelər, apteklər, banklar, klinikalar, parklar və avtobus dayanacaqları yerləşir. Ərazi həm nəqliyyat, həm də yaşayış baxımından olduqca əlverişli mövqedədir.
Mənzilin satış qiyməti 270000 AZN-dir. Real alıcı ilə mənzilə baxdıqdan sonra qiymətdə razılaşma olacaq.