Təhsil Nazirliyinin yaxınlığında, prestijli Armoniya Residence yaşayış kompleksində 18 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşən, sahəsi 100 kv.m olan qanuni 3 otaqlı mənzil uzunmüddətli kirayə verilir. Mənzil yeni təmir olunub, tam əşyalıdır və yaşayış olmayıb.
Mənzildə 2 sanitar qovşaq, kondisionerlər, televizor, soyuducu, soba və digər bütün lazımi məişət texnikaları mövcuddur.
Binada 24/7 mühafizə xidməti, geniş həyət və parking mövcuddur. Yaxınlıqda market, aptek, məktəb və bağça yerləşir. İnfrastruktur baxımından olduqca əlverişli ərazidə yerləşir.