Satılır 2 otaqlı yeni tikili 62 m²
Xırdalan şəhərində, köhnə bazarla üzbəüz yerləşən Kristal Abşeron 1 yaşayış kompleksində, bina 41-də yerləşən tam təmirli və əşyalı 2 otaqlı mənzil satışa təqdim olunur.
Mənzil 16 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Ümumi sahəsi 62 kv.m-dir. Mənzil zövqlə və keyfiyyətli materiallarla təmir olunub. Bahalı və keyfiyyətli mebellərlə birlikdə satılır. Elektronika və bəzi şəxsi əşyalar götürüləcək.
Qaz, su və işıq daimidir. Mənzildə əlavə su çəni quraşdırılıb. Otaqları geniş və işıqlıdır, mənzildə xüsusi fərahlıq hiss olunur.
Binanın ətrafında marketlər, məktəb, bağça, restoranlar, avtobus dayanacağı və digər bütün vacib infrastrukturlar mövcuddur. Həm yaşayış, həm də yatırım üçün əlverişli variantdır.
Sənəd kupçadır.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.